Elm və Təhsil NazirliyiAKTAOzunOyren logo
İnformasiya təhlükəsizliyi üzrə mühazirələr toplusu

Veb təhlükəsizlik

Tarix: 1 May 2024

Müəlliflər

  • Adil Əliyev
  • Nurtəkin Quliyeva
  • Rəşad Vəliyev
  • Zəkiyə Əlizadə

Fənn haqqında

Veb təhlükəsizlik fənni veb tətbiqlərin çalışma prinsiplərini, onların brauzer proqramları tərəfindən vizuallaşdırılması məntiqini (ing. rendering), serverlə əlaqə mexanizmlərini öyrədir. Daha sonra veb tətbiqlər və veb xidmətlərdəki təhlükəsizlik boşluqlarının necə və haradan qaynaqalandığını, həmçinin o boşluqların/zəifliklərin necə aradan qaldırılmasına dair praktiki biliklər aşılanır. Bununla yanaşı, veb tətbiqlərdə təhlükəsizliyin təmin olunmasına dair qabaqcıl təcrübələr, geniş yayılmış boşluqlar/zəifliklər, həmçinin boşluqların/zəifliklərin istismarına dair üsul və vasitələr öyrədilir.

Ümumilikdə bu kurs veb təhlükəsizliyinin fərqli aspektlərinə ümumi baxış xarakteri daşıyır. Kursun məqsədi ən geniş yayılmış veb hücumları və onlara göstərilməli olan əks tədbirlər haqqında anlayışları aşılamaqdır. Bəhs edilən boşluqlar nə qədər geniş yayılmış olsa da hələ də onlara mütəmadi rast gəlinir. Ona görə də proqramçılar və sistem mühəndisləri üçün veb təhlükəsizliyi başa düşmək çox vacibdir. Kursdakı laboratoriya işləri nümunə veb saytları sındırmaq, sistemlərə nüfuz etmək və onların müdafiəsini təşkil etmək kimi praktiki tapşırıqlardan ibarətdir.

Fənnin təlim nəticələri

  • FTN 1: Veb brauzerlərin iş prinsiplərini, veb tətbiqlərin layihələndirilməsi, yaradılması və istismarı qaydalarını bilməlidir.
  • FTN 2: Müasir texnologiyalardan istifadə edərək təhlükəsiz veb səhifələr hazırlamağı bacarır. HTML, CSS, JavaScript kimi texnologiyaları bilməlidir.
  • FTN 3: HTTP protokolunun necə çalışdığını bilir. SSL sertifikatlarının necə çalışdığını və veb səhifələrin təhlükəsizliyini necə qoruduğunu bilir.
  • FTN 4: Veb saytlarda hücumların təbiəti haqqında məlumatlıdır.
  • FTN 5: REST və GraphQL kimi veb xidmətlərin necə çalışdığını bilir.
  • FTN 6: OWASP Top 10 - təhlükəsizlik zəiflikləri ilə tanışdır, o siyahıları müəyyənləşdirməyi, onların qarşısının alınması mexanizmlərini bacarır.

Fənnin mövzuları

Fənn mövzularının siyahısını buradan yükləyə bilərsiniz.

Bəzi mövzulara aid video izah

Videoya keçid: https://youtu.be/V_opXMjPoHI

Mühazirələr

Mühazirələr toplusunu kompüterinizə yükləyin.

Şərhlərinizi paylaşın