Elm və Təhsil NazirliyiAKTAOzunOyren logo
İnformasiya təhlükəsizliyi üzrə mühazirələr toplusu

Şəbəkə təhlükəsizliyi

Tarix: 1 May 2024

Müəlliflər

  • Aidə Mustafayeva

Fənn haqqında

Şəbəkə təhlükəsizliyi dedikdə kompüter şəbəkələrinin icazəsiz girişdən, məlumatların pozulmasından və digər kiber təhlükələrdən qorumaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Şəbəkə təhlükəsizliyinin əsas məqsədi şəbəkədə məlumatın məxfiliyini, bütövlüyünü və əlçatanlığını təmin etməkdir. Bu fənn çərçivəsində şəbəkələrin təhlükəsizlik məsələləri anlaşılsın deyə şəbəkələr barədə daha dərin biliklər öyrədilir. Tələbələr burada RADIUS, TACACS+, Kerberos, SSO, LDAP və s. kimi anlayışları bilməli və fərqli şəbəkə avadanlıqları (IDS, IPS) barədə biliklər əldə etməlidir. Şəbəkələrin auditini və loqlaşdırmasını öyrənir. Şəbəkələrdə sniffinq mexanizmlərini, şəbəkələrdə təhlükəsizliyin təmin olunması üçün lazım olan sazlamalar barədə öyrənir. Şəbəkədə mövcud təhlükəsizlik protokollarının anlayır və istifadə edir. Yeni nəsil təhlükəsizlik divarları, eləcə də, SIEM, SOAR, UEBA barədə məlumatları öyrənir.

Fənnin təlim nəticələri

  • FTN 1: Şəbəkədə autentifikasiya, identifikasiya və qaydalara uyğun girişi təşkil etməyi bacarmalıdır.
  • FTN 2: Şəbəkənin auditini və loqlaşdırma işlərini həyata keçirməyi bacarmalıdır.
  • FTN 3: Şəbəkələrin təhlükəsizliyi ilə bağlı olan protokol və qoşulma növlərini, IoT avadanlıqlarının internet və ya digər şəbəkələrə qoşulması üsullarını bilməlidir.
  • FTN 4: Şəbəkələrin digər şəbəkələrlə inteqrasiya və ya qoşulması zamanı DMZ zonaların qurulması və sazlanmasını həyata keçirə bilməlidir.
  • FTN 5: Yeni nəsil təhlükəsizlik divarları ilə bağlı əsaslı biliklərə malik olmalıdır.
  • FTN 6: Şəbəkələrə qarşı həyata keçirilə biləcək məlum hücümlar barədə məlumatlı olmalıdırvə onların qarşısının alınması və ya vurulan nəticələrin qısa müddətdə aradan qaldırılması üsullarını bilməlidir.

Fənnin mövzuları

Fənn mövzularının siyahısını buradan yükləyə bilərsiniz.

Bəzi mövzulara aid video izah

Videolara keçidlər:

Mühazirələr

Mühazirələr toplusunu kompüterinizə yükləyin.

Şərhlərinizi paylaşın