Elm və Təhsil NazirliyiAKTAOzunOyren logo
İnformasiya təhlükəsizliyi üzrə mühazirələr toplusu

İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin hüquqi aspektləri

Tarix: 1 May 2024

Müəlliflər

Fənn haqqında

Bu fənn çərçivəsində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində yaranan ictimai münasibətləri tənzimləyən hüquq normalarının tədrisi həyata keçirilir. Fənnin tədrisi zamanı informasiya hüququnun əsasları, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı normativ-hüquqi baza, informasiya sahəsində əsas insan hüquq və azadlıqlarının mühafizəsi mexanizmləri, eləcə də, fərdi məlumatların, habelə dövlət sirri təşkil edən və konfidensial informasiyanın mühafizəsinin hüquqi aspektləri, kibercinayətkarlığa qarşı mübarizənin hüquqi mexanizmləri, həmçinin informasiya müharibəsi/kibermüharibənin hüquqi aspektlərinin tədrisinə xüsusi diqqət yetirilməlidir.

Fənnin tədrisi çərçivəsində informasiya hüququnun müstəqil hüquq sahəsi kimi formalaşmasını şərtləndirən amillər, informasiya inqilabları və onların informasiya hüququnun inkişafına təsiri, informasiya hüququnun anlayışı və mahiyyəti kimi mövzulara dair dinləyicilərə geniş məlumat veriləcəkdir. Eyni zamanda informasiya hüququnun predmetini təşkil edən münasibətlərə, informasiya hüququnun beynəlxalq xarakterinə də toxunulacaqdır.

İnformasiya hüquq münasibətlərinin təsnifatı, informasiya cəmiyyətində inkişaf edən beynəlxalq münasibətlərin növləri tədris prosesinin tərkib hissəsi olacaqdır.

Azərbaycan Respublikasında informasiyalaşdırma sahəsində dövlət siyasətinin əsas istiqamətləri, milli informasiya fəzasının formalaşdırılması, informasiyalaşdırma üzrə fəaliyyətin başlıca istiqamətlərinin təyini və meydana çıxan münasibətlərin tənzimlənməsi kimi başlıqlar da fənn çərçivəsində tədris ediləcəkdir. Həmçinin informasiyalaşdırma mühitində dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, vətəndaşların hüquqlarının təmin olunması, informasiyalaşdırma mühitində elmi-texniki və istehsal siyasətinin formalaşdırılması və həyata keçirilməsi, informasiya prosesləri, informasiyalaşdırma və informasiyanın mühafizəsi sahəsində hüquqi bazanın inkişaf etdirilməsi istiqamətində mühazirələrə yer veriləcəkdir.

Fənnin məqsədi tələbələrə informasiyanın mühafizəsi, kibertəhlükəsizlik, informasiya təhlükəsizliyi, dövlət sirrrinin mühafizəsi sahəsində biliklər vermək, onların qeyd olunan istiqamətlərdə nəzəri və praktiki cəhətdən peşəkar hazırlığını həyata keçirməkdir.

Fənn bir təhsil semestrində 75 akademik saat (40 saat - mühazirə, 35 saat - məşğələ) ərzində tədris olunur.

Fənnin təlim nəticələri

  • FTN 1: İnformasiya hüququnun əsasları, mənbələri, hüquq münasibətlərinin elementləri, hüquq normalarının subyektləri barədə biliklər qazanmalı, habelə informasiya sahəsində əsas insan hüquq və azadlıqlarını öyrənməlidir.
  • FTN 2: Azərbaycan Respublikasında informasiya sahəsində dövlət siyasətinin əsas istiqamətləri, müvafiq strategiya və dövlət proqramları barədə biliklər əldə etməli, eləcə də ölkənin informasiya sahəsində milli təhlükəsizlik maraqları və informasiya təhlükəsizliyi siyasəti ilə bağlı biliklərə yiyələnməlidir.
  • FTN 3: İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizliklə bağlı rəhbər normativ hüquqi aktlarla tanış olmalı və onların tələblərini bilməlidir.
  • FTN 4: Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin olunması sahəsində hüquqi və təşkilati məsələlər, eləcə də, infrastruktur obyektlərinin təsnifatlaşdırılması, minimal təhlükəsizlik tələbləri, nəzarət mexanizmləri barədə ümumi biliklərə yiyələnməlidir.
  • FTN 5: Fərdi məlumatların, eləcə də dövlət sirri təşkil edən və konfidensial informasiyanın, habelə peşə, kommersiya, istintaq və məhkəmə sirrinin mühafizəsi sahəsində müvafiq qanunvericiliyin tələblərini bilməli, eləcə də mövcud qanunverciliyinin tələblərinin pozulmasına görə nəzərdə tutulan məsuliyyət tədbirlərini öyrənməlidir.
  • FTN 6: Kibercinayətlərin anlayışı, təsnifatı, və kibercinayətkarlığa qarşı mübarizənin hüquqi əsasları, habelə informasiya müharibəsi və kibermüharibə anlayışları və onların xüsusiyyətləri, müasir çağırışlar və hibrid müharibələrin hüquqi aspektləri barədə ümumi biliklər əldə etməlidir.

Fənnin mövzuları

Fənn mövzularının siyahısını buradan yükləyə bilərsiniz.

Bəzi mövzulara aid video izah

Videoya keçid: https://www.youtube.com/watch?v=CLFVryIxM08

Mühazirələr

Mühazirələr toplusunu kompüterinizə yükləyin.

Şərhlərinizi paylaşın